#Elmi araşdırma

Yaponiyanın Kioto Universitetinin alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) altı ay ərzində dondurulmuş siçan hüceyrələrindən sağlam balaların dünyaya gəlməsinə nail olublar. Araşdırma kosmosda sağlam nəsil yaratmağın mümkün ola biləcəyini göstərir. Tədqiqatda siçanların reproduktiv kök hüceyrələri dondurularaq BKS-ə göndərilib və altı ay dondurucuda saxlanılıb. Yerə qaytarıldıqdan sonra hüceyrələr normal inkişaf göstərib və cütləşmədən sonra sağlam balalar dünyaya gəlib. Alimlər siçanların genetik normalığını təsdiqləyiblər.

Son illərdə müxtəlif ölkələrdə keçirilən sınaqlar daha qısa iş həftəsinin stressi azaltdığını, əlavə iş xərclərini və işçi itkisini isə əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Məsələn, Kolorado polisində tətbiq edilən sistem nəticəsində əlavə iş xərcləri 80 faiz, işdən çıxma halları isə 50 faiz azalıb. Microsoft-un Yaponiyadakı filialı isə dörd günlük iş qrafiki ilə məhsuldarlığı 40 faiz yüksəldib. Stellenboş Universitetinin araşdırması da işçilərin psixoloji vəziyyətində ciddi yaxşılaşma olduğunu təsdiqləyib. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, dörd günlük iş qrafikinin tətbiqi hər sektorda mümkün deyil. Xüsusən kənd təsərrüfatı və istehsalat sahələrində çətinliklər qalır. Böyük təşkilatlarda isə koordinasiya və məhsuldarlıqla bağlı narahatlıqlar səbəbindən bu model geniş yayılmayıb.

Tədqiqatın nəticələrinə görə, suyun əmələ gəlməsi üçün şərait kainatın yaranmasından cəmi 100 milyon il sonra mövcud olub. Böyük Partlayışdan sonra hidrogen, helium və litiumun birləşməsi ilk ulduzları meydana gətirmiş, bu ulduzların partlayışı isə oksigen kimi ağır elementləri kainata yaymışdır. Simulyasiyalar göstərir ki, fövqəlnova partlayışlarının ilk saniyələrində temperatur və təzyiq ulduz qazlarının oksigenə çevrilməsi üçün kifayət qədər yüksək olub, nəticədə ayrılan qazlar soyuyaraq su molekullarının əmələ gəlməsinə şərait yaradıb. Tədqiqatçılar qeyd edirlər ki, fövqəlnova partlayışlarının qalıqları sıx metal diskləri əmələ gətirərək yeni ulduzlar və qayalı planetlərin meydana gəlməsinə imkan yarada bilər. Eyni zamanda, bir bölgədə bir neçə belə partlayışın baş verməsi suyun əmələ gəlməsi və kondensasiyasını artırır.

Yeni elmi araşdırmaya görə, başqalarına mütəmadi şəkildə yardım edən orta yaş və yaşlı insanlar, bunu etməyənlərlə müqayisədə daha yavaş zehni (bilişsel) geriləmə yaşayır. Nəticələr beynin sağlam qalması üçün sosial fəaliyyətlərin mühüm rol oynadığını ortaya qoyub.

Son tədqiqatlar göstərir ki, şokoladda olan teobromin və arakizinozin birləşməsi ilə hazırlanan yeni dərman kombinasiyası quş qripi və donuz qripi də daxil olmaqla müxtəlif qrip növlərinə qarşı müalicədə Tamiflu-dan daha üstün nəticələr verir. PNAS jurnalında dərc olunan araşdırmaya görə, bu qarışıq qrip virusunun təkrarlanması və yayılması üçün istifadə etdiyi M2 ion kanalını effektiv şəkildə bloklayır. Bu yolla virusun yaşamaq qabiliyyəti ciddi şəkildə pozulur.

Yeni araşdırmalar göstərir ki, yaxınını itirən və uzun müddət dərin kədər yaşayan insanların ölmə ehtimalı daha yüksəkdir. ​Danimarkalı tədqiqatçılar yaslı şəxslər üçün beş fərqli "kədər trayektoriyası" müəyyən edib və ən çox zərər görənlərin 10 il ərzində ölüm riskinin digər qruplara nisbətən 88% daha çox olduğunu ortaya qoyublar.

“Wudingloong wui” adlandırılan bu növ təxminən 200 milyon il əvvəl — erkən Yura dövrünə aid edilir. Alimlər bildiriblər ki, Şərqi Asiyada indiyə qədər aşkarlanmış ən qədim Sauropodomorpha fosili olan “Wudingloong wui” kiçik ölçülü, uzun barmaqlı və ehtimal ki, iki ayaq üzərində hərəkət edən bir dinozavr olub. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.

“The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan tədqiqatda Norveçdə 1974–1988-ci illər arasında aparılmış üç böyük ürək-damar sağlamlığı müayinəsinin nəticələri təhlil edilib. 33 il ərzində izlənilən 73 min 860 nəfərin məlumatlarına əsasən, tam süd içənlərdə hər hansı səbəbdən ölüm riski 22 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 12 faiz çox olub.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən dərc olunan yeni “İqtisadi və Sosial Araşdırma” hesabatına görə, artan istilər, dəyişkən yağıntı rejimi və dəniz səviyyəsinin qalxması regionda fiskal sabitliyi, qiymət siyasətini və iqtisadi davamlılığı ciddi şəkildə sarsıdır.