Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edib. O, Fondun prezidenti Aktotı Raimkulova ilə görüş keçirərək təşkilatın fəaliyyəti ilə tanış olub. Görüşdə Türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr müzakirə edilib. Tərəflər sentyabr ayında keçiriləcək Bakı İqlim Həftəsində Fondun iştirakını da müzakirə ediblər. Nigar Arpadarai mədəni irs və ekologiya mövzularının bir araya gətirilməsini innovativ yanaşma kimi qiymətləndirib. Həmçinin mədəni irsin davamlı inkişaf, şəhərsalma və ətraf mühitin qorunması ilə əlaqələndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər birgə təşəbbüslərin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.