#ultraortodoks yəhudilərultraortodoks yəhudilər

İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərin həbsini məhdudlaşdıran qanunun icrasını dayandırıb. Qanun hərbi xidmət yaşında olan dini təhsil müəssisələrinin tələbələrinin noyabrın 30-dək həbs olunmamasını nəzərdə tuturdu. Məhkəmə bu sənədin yalnız əhalinin müəyyən bir hissəsinə şamil edildiyini əsas gətirərək onun tətbiqini dayandırıb. Bildirilib ki, qanunla bağlı şikayətlərə qısa müddətdə baxılacaq. Ultraortodoks icmasının rəhbərləri uzun illərdir məcburi hərbi xidmətə qarşı çıxırlar. Onlar bunun dini təhsilə və icmanın həyat tərzinə zərər vurduğunu bildirirlər. Məsələ İsraildə siyasi və hüquqi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Qərarın seçkilər öncəsi siyasi proseslərə də təsir göstərə biləcəyi qeyd olunur.