Çinin Tibet bölgəsində 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Zəlzələnin mərkəzi Nepal və Çində dağıdıcı daşqınların baş verdiyi ərazilərdən yüzlərlə kilometr şimalda qeydə alınıb. Həmin daşqınlarda yüzlərlə insanın öldüyü, mindən çox insanın isə itkin düşdüyü bildirilir. Bundan bir gün əvvəl Tibetin Naqçu bölgəsində 4,7 bal gücündə başqa bir zəlzələ qeydə alınıb. Çin hakimiyyəti Tibetdə daşqın təhlükəsi ilə əlaqədar dördüncü səviyyəli tədbirlər rejimini işə salıb. Təbii sədd nəticəsində yaranmış gölün vəziyyəti və yağıntılar nəzarətdə saxlanılır. Cironq rayonuna vəziyyəti qiymətləndirmək üçün mütəxəssislərdən ibarət heyət göndərilib.
#Nepal
Türk Hava Yollarının İstanbul–Katmandu reysini həyata keçirən Airbus A330 tipli təyyarəsi enişdən sonra texniki nasazlıq səbəbindən təxliyə olunub. Təyyarə eniş etdikdən sonra şassi hissəsində tüstü müşahidə edilib. Nəzarət qülləsinin göstərişi ilə sərnişinlərin təhlükəsizliyi məqsədilə təyyarə ehtiyat tədbiri olaraq boşaldılıb.
25 aprel 2015-ci ildə Nepalda baş verən 7.8 ballıq güclü zəlzələ ölkəni sarsıdaraq, təxminən 9,000 nəfərin ölümünə, 16,800 nəfərin isə yaralanmasına səbəb oldu. Bu, 1934-cü ildən bəri Asiya ölkəsində qeydə alınan ən dəhşətli təbii fəlakət kimi tarixə düşdü.
Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Nepalda etirazçılar ölkənin mərkəzi-cənub hissəsində yerləşən Bhayrahava şəhərindəki Qautama Budda adına beynəlxalq hava limanını yandırıblar. Məlumata görə, təxminən min nəfər nümayişçi əraziynə daxil olaraq hava limanını dağıdıb və bir neçə avtomobili yandırıb. Onlar günorta saatlarından etibarən hava limanının qarşısında etiraz aksiyası keçirirdilər.
Pakistanda güclü musson yağışları səbəbindən son 48 saat ərzində 320-dən çox insan həyatını itirib. Ölkənin şimal bölgələrində şiddətli musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 321-ə yüksəlib.
Nepal hökuməti turizmi inkişaf etdirmək məqsədilə qarşıdakı iki il ərzində Himalay dağlarında yerləşən 97 zirvəni sərbəst dırmaşmaq üçün açacaq. Eyni zamanda, dünyanın ən yüksək nöqtəsi olan Everestə qalxma icazəsinin qiyməti sentyabr ayından etibarən pik mövsümdə 15 min dollara yüksələcək. Qeyd edək ki, Nepal dünyanın ən hündür on dağından səkkizinə ev sahibliyi edir və alpinizm ölkə üçün mühüm gəlir mənbəyidir. Son iki ildə açıq elan edilən 97 zirvəyə cəmi 68 alpinist qalxsa da, 2024-cü ildə təkcə Everest üçün 421 icazə verilib. Nepal Ali Məhkəməsi isə bu ilin aprelində hökumətə Everest və digər yüksək zirvələrə qalxmaq üçün icazə sayını məhdudlaşdırmağı tapşırıb. Yeni qanun layihəsinə görə, Everestə çıxmaq istəyənlər əvvəlcə ölkədə 7000 metrdən hündür bir zirvəyə qalxmalıdır.