Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaydi İrana qarşı müharibəni “fəlakət” adlandırıb. O bildirib ki, əməliyyat rəsmi məqsədlərinə nail olmayıb və BMT mandatına malik deyil. Nazir hesab edir ki, bu müharibə Körfəz regionunda təhlükəsizlik yanaşmalarının yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Onun sözlərinə görə, daha ədalətli və effektiv regional sistem qurmaq üçün imkan yarana bilər. Əl-Busaydi region üçün əsas təhlükələrin Tehrandan deyil, Tel-Əvivdən gəldiyini bildirib. Açıqlama ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda verilib. Oman uzun müddətdir regional dialoq və diplomatik həll yollarını dəstəkləyən ölkələrdən biri kimi çıxış edir.