OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb. İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.
#Əlcəzair
İstanbul Valiliyi, İsrailə dəstək açıqlamaları ilə tanınan Əlcəzair əsilli fransız müğənni Enriko Masyasın konsertinin keçirilməyəcəyini bildirib. Masyasın 5 sentyabr Cümə günü Harbiye Açıqhava Səhnəsində planlaşdırılan tədbiri, geniş ictimai etirazlar və boykot çağırışları səbəbilə rəsmən ləğv olunub. Valiliyin açıqlamasında qərarın, şəhərdə ictimai asayişin qorunması və potensial gərginliklərin qarşısının alınması məqsədilə verildiyi vurğulanıb. Sənətçinin konsertinə qarşı sosial mediada başlayan etiraz kampaniyaları, müxtəlif ictimai və mədəni qurumların da dəstəyi ilə sürətlə yayılmışdı. Bunun ardınca tədbirin ləğvi ilə bağlı tələb və çağırışlar gündəmə gəlmişdi.
Bin Cami Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, İsrailin Qəzzada beynəlxalq jurnalistlərin girişinə qadağa qoyduğunu və fələstinli jurnalistləri hədəfə aldığını vurğulayıb. O, avqustun 10-da 6 jurnalistin, o cümlədən Nasser Xəstəxanasında 33 yaşlı jurnalist Məryəm Əbu Dekkanın öldürüldüyünü qeyd edib. Bin Cami, 7 oktyabr 2023-cü ildən bəri 246 jurnalistin İsrail hücumları nəticəsində həlak olduğunu bildirib. Qəzzadakı aclıq və humanitar böhrana toxunan Bin Cami, “Qəzzada cəhənnəmi təsvir etmək mümkün deyil. İsrailin əli ilə böyük bir qıtlıq yaranıb və bu, saxta yardımlarla gizlədilə bilməz,” deyərək daimi atəşkəs tələb edib. X platformasında yayılan fikirlər, İsrailin jurnalistləri hədəf almasının beynəlxalq hüquqa zidd olduğunu və sərt tənqid olunduğunu göstərir.
Əlcəzairin şərqində yerləşən Tebessa şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Əlcəzair Astronomiya, Astrofizika və Geofizika Tədqiqatları Mərkəzi yeraltı təkanların episentrinin Neqrin rayonundan 10 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Fransa Prezidenti Emmanuel Makron, Əlcəzair vətəndaşlarının öz ölkələrinə deportasiyası ilə bağlı artan gərginlik fonunda, hökumətinə Əlcəzairli diplomatlara vizaların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini tapşırıb. Makron, həmçinin Xarici İşlər naziri Jan Noel Barroya 2013-cü ildə imzalanmış və rəsmi pasport sahiblərini viza tələbindən azad edən razılaşmanın dayandırılması barədə Əlcəzair tərəfinə rəsmi məlumat verilməsini əmr edib.
Əlcəzairin şərqində yerləşən Cicel şəhərində Mülki Müdafiəyə məxsus kiçik tipli kəşfiyyat təyyarəsi Ferhat Abbas hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, təlimatçı pilot Süheyb Qalayi və Air Tractor şirkətindən Çili vətəndaşı olmaqla ümumilikdə 4 nəfər həlak olub.
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
İsrailin Suriyanın paytaxtı Dəməşqə və digər bölgələrə həyata keçirdiyi son hava hücumları geniş beynəlxalq qınağa səbəb olub.
ABŞ avqustun 1-dən etibarən Əlcəzair, Liviya və İraq da daxil olmaqla bir sıra ölkələrdən idxal olunan bütün mallara rüsum tətbiq edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Ukrayna, Slovakiya, Özbəkistan və Əlcəzairin yeni təyin olunmuş səfirlərini qəbul edib və onların etimadnamələrini qəbul edərək, ayrı-ayrılıqda görüşlər keçirib.
Cəzair Cinayət Məhkəməsi, Əlcəzairdə qadağan olunmuş “İslami Xilas Cəbhəsi” partiyasının liderlərinə üç il və ömürlük arasında dəyişən müddətlərdə həbs qərarı verib. Onlar 2023-cü ildə internetdə ölkədəki siyasi və iqtisadi vəziyyətlə bağlı bəyanat dərc etdiklərinə görə həbs olunmuşdular.