#Sun Ley

Çin BMT Təhlükəsizlik Şurasında ABŞ və İranı hərbi qarşıdurmaya son qoymağa və əldə olunan razılaşmaya əməl etməyə çağırıb. Çinin BMT-dəki nümayəndə müavini Sun Ley bildirib ki, tərəflər arasında atəşkəsin qorunması vacibdir. O qeyd edib ki, ABŞ və İran memorandum çərçivəsində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdələrinə götürüblər. Çin diplomatı İranın nüvə silahı hazırlamamaq öhdəliyini davam etdirməli olduğunu, lakin dinc nüvə enerjisindən istifadə hüququnun tanınmalı olduğunu vurğulayıb. Pekin həmçinin İran əleyhinə sanksiyaların ləğvinə çağırıb. Çin ABŞ-İran böhranının diplomatik yolla həlli üçün konstruktiv rol oynamağa hazır olduğunu bildirib.