ABŞ-ın BMT-dəki nümayəndə müavini Temmi Brüs İranla diplomatik danışıqlar imkanının açıq qaldığını bildirib. O qeyd edib ki, Vaşinqton dialoqa hazırdır, lakin İran beynəlxalq öhdəliklərə əməl etmədiyi müddətdə danışıqlar aparmaq çətindir. ABŞ diplomatı İranın mülki obyektlərə və gəmilərə qarşı hücumlarını qəbuledilməz adlandırıb. Brüs bildirib ki, ABŞ Prezidenti Donald Tramp sülh tərəfdarıdır, lakin təhlükəsizlik təhdidlərinə cavab veriləcək. O, Tehranın beynəlxalq hüququ və BMT qətnamələrini pozduğunu iddia edib. Açıqlama ABŞ-İran gərginliyinin davam etdiyi və diplomatik səylərin yenidən gündəmə gəldiyi bir vaxtda səslənib.