#Türkiyə iyunda 842 milyon dollara yaxın tekstil məhsulu ixrac edib

2026-cı ilin iyun ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,8 faiz artaraq 841 milyon 996 min dollar təşkil edib. Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 4 milyard 708 milyon 717 min dollara bərabər olub.