#ABŞ Milli Paytaxt Planlaşdırma Komissiyası (NCPC)

ABŞ Prezidenti Donald Trampın ölkə paytaxtı Vaşinqtonun siluetini dəyişdirəcəyi bildirilən nəhəng tağ tikintisi layihəsi növbəti dəfə federal qurumun müzakirəsinə çıxarılıb. Layihəyə baxan mütəxəssislər ilkin razılıq verilməsini məqsədəuyğun hesab etsələr də, yekun təsdiqdən əvvəl layihədə bir sıra dəyişikliklərin edilməsini tövsiyə ediblər.