#Qunin

İsrail ordusu Livanın cənubundakı Qunin qəsəbəsində yaşayış evlərini bombalayıb. Məlumatı Livanın Milli Xəbər Agentliyi yayıb. Bildirilir ki, hücumlar mülki əhaliyə məxsus evləri hədəfə alıb. Yerli mənbələr bunun sakinlərin öz evlərinə qayıtmasının qarşısını almağa yönəlmiş addım olduğunu qeyd edirlər. İsrailin martın 2-də başladığı hərbi əməliyyatlardan sonra 1,6 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Son aylarda yüz minlərlə insan geri qayıtmağa çalışsa da, bölgədə təhlükəsizlik vəziyyəti buna imkan vermir. Hücumlar nəticəsində humanitar vəziyyət ağır olaraq qalır. Livanın cənubunda gərginlik davam edir.