#Milli Xəbər Agentliyi

Livan Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölən və yaralananlarla bağlı yeni statistika açıqlayıb. Məlumata görə, son hərbi gərginlik dövründə ölənlərin sayı 4 min 319 nəfərə çatıb. Yaralananların sayı isə 12 min 203 nəfəri keçib. Bu rəqəmlər martın 2-dən bu günə qədər olan dövrü əhatə edir. Məlumat Livanın rəsmi Milli Xəbər Agentliyi tərəfindən yayımlanıb. Son hücumlar ölkədə humanitar vəziyyətin daha da ağırlaşmasına səbəb olub. Rəsmi qurumlar zərər çəkmiş bölgələrdə vəziyyətin idarə olunması üçün tədbirlərin davam etdiyini bildirirlər. Livanda təhlükəsizlik vəziyyəti hələ də gərgin olaraq qalır.