#hava həyəcanı

Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının yenidən işə düşdüyünü bildirərək əhalini təhlükəsiz sığınacaqlara keçməyə çağırıb. Nazirliyin yaydığı açıqlamada vətəndaşlar və ölkə sakinlərindən sakitliyi qorumaq, ən yaxın təhlükəsiz yerə sığınmaq xahiş olunub. Bəyanata əsasən, gün ərzində artıq ikinci dəfə hava həyəcanı siqnalları səsləndirilib. Bundan əvvəl də İranın hücumları fonunda oxşar xəbərdarlıq edilmişdi.

İsrailin şimalında Avaşdim və Yiron yaşayış məntəqələrində hava həyəcanı siqnalları verilib. Bu barədə İsrail ordusu məlumat yayıb. Hadisənin səbəbi hələlik açıqlanmayıb. Ordunun bildirdiyinə görə, vəziyyət araşdırılır. Mümkün təhlükə və ya itkilərlə bağlı rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı yeni məlumatların verilməsi gözlənilir. Bölgədə vəziyyət diqqətlə izlənilir.