#xarici investisiya

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Səudiyyə Ərəbistanı iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 15,717 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon dollar və ya 7,7 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Səudiyyə Ərəbistanına yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.

Türkiyədə 9 şəhərdə investisiya və onlayn fırıldaqlara qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 21 şübhəli saxlanılıb.Rəsmi açıqlamaya görə, Baş Prokurorluqların və Kütləvi Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında Adana və Afyon şəhərlərində əməliyyatlar aparılıb. Əsas hədəf, saxta internet saytları vasitəsilə investisiya məsləhətçiliyi fırıldaqları və digər onlayn maliyyə fırıldaqları olub.

Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə ilə ABŞ arasındakı iqtisadi münasibətlərdə bir sıçrayış mərhələsinin başlanğıcında olduqlarını bildirərək, iki ölkə arasında yaranan müsbət atmosferin daha çox investisiyaya və ixraca çevrilməsi üçün işlərin davam etdiriləcəyini bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müşayiət edən Bolat, ABŞ-dakı görüşlərinə dair dəyərləndirmələr verib.

Bu qərar Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı mediada yayılan məlumatlar və fondun İsrailin müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərə sərmayə qoyması barədə təcili araşdırma nəticəsində qəbul edilib. Norveç maliyyə naziri Yens Stoltenberq fondun İsrailə olan investisiyalarının yenidən nəzərdən keçirilməsinin davam etdiyini bildirib. Fondun iyunun 30-na olan məlumatına görə, o, 61 İsrail şirkətində paya sahib olub, lakin son zamanlarda 11 şirkətdəki səhmlərindən əl çəkib. Hələlik həmin şirkətlərin adları açıqlanmayıb.