Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda bu axşam 6,1 maqnitudalı zəlzələ baş verib.AzerVoice xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Rəhbərliyi (AFAD) məlumatında qeyd olunur ki, yeraltı təkanların mərkəzi Sındırgı, dərinliyi isə 5,99 kilometr olub.
#Mərmərə zəlzələsi
Oktyabrın 2-də Marmara Dənizinin açıq sularında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tekirdağ şəhər mərkəzi və rayonlarında, həmçinin İstanbul və ətraf əyalətlərdə hiss olunub. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı sosial şəbəkədə, açıqlamasında bildirib ki, Fəlakət və Təcili Vəziyyətlər İdarəsi (AFAD) və əlaqədar qurumların bütün briqadaları sahə yoxlamalarına başlayıb.
Türkiyənin Tekirdağ şəhərinin Marmaraereğlisi rayonunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Türkiyənin Balıkesir vilayətində ardıcıl iki zəlzələ baş verib. Məluamata əsasən, hər iki zəlzələnin episentri Balıkesir vilayətinin Sındırqı rayonunda yerləşib. Yerli vaxtla saat 20:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınan 3,9 bal gücündəki zəlzələ yerin 9,16 kilometr dərinliyində, 3,5 bal gücündəki digər zəlzələ isə 7,14 kilometr dərinlikdə baş verib.
Mərmərə dənizində 3,2 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 19:57-də (Bakı vaxtı ilə saat 20:57-də) baş verib. Zəlzələ Türkiyənin İstanbul və digər vilayətlərində hiss olunub. Kandilli rəsədxanasının məlumatına görə, yeraltı təkanlar 8,8 kilometr dərinlikdə yerləşib.
Egey dənizində 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.
Mərmərə Dənizinin Silivri sahillərin 3,5 bal gücündə zəlzələ baş verib.İstanbulun Silivri rayonundan 24,65 kilometr aralıda olan zəlzələnin 9,91 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Maqnitudası 6.2 bal olan yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 198 kilometr şərqdə, 69 kilometr dərinlikdə baş verib.
Bu ilin yanvar-iyun aylarında Türkiyədə ümumilikdə 18 min 191 zəlzələ baş verib.
İstanbulun Silivri rayonundan təxminən 24,69 kilometr aralıda, Mərmərə dənizində 3,8 bal gücündə zəlzələ baş verib.