#Mikrorayon serialı final

İctimai Televiziyada (İTV) yayımlanan "Mikrorayon" serialı iyunun 27-də nümayiş olunan final bölümü ilə başa çatıb. 12 seriyadan ibarət olan ekran işinin sonuncu – 12-ci bölümü tamaşaçılara təqdim olunub. Serial "SFN Production" və İctimai Televiziyanın birgə istehsalıdır. Layihənin ideya müəllifi və baş prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsən, quruluşçu rejissoru isə Qulu Əsgərovdur. Serialın vizual həlli Vasif Vəlizadə, ümumi sənət həlli isə Vüqar Qurbanov tərəfindən hazırlanıb.