Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatter ABŞ Prezidenti Donald Trampın ABŞ milli komandasının futbolçusu Folarin Baloqunun cəzasının ləğvinə təsir göstərdiyi barədə yayılan məlumatları sərt tənqid edərək futbolun siyasi təsir vasitəsinə çevrilməməli olduğunu bildirib.
#Belçika milli komandası
İqlim fəalları FİFA-nın "Aramko" ilə sponsorluq müqaviləsinə qarşı yeni etiraz aksiyalarına hazırlaşırlar. Əsas tədbirin Los-Ancelesdəki "SoFi" stadionu qarşısında keçirilməsi nəzərdə tutulur. Fəallar neft şirkətlərinin idman tədbirlərində reklam olunmasını tənqid edirlər. Onların fikrincə, bu yanaşma şirkətlərin ictimai imicinin yaxşılaşdırılmasına xidmət edir. FİFA 2024-cü ildə "Aramko" ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilə 2026 və 2027-ci illərin dünya çempionatlarını da əhatə edir. Etirazçılar sponsorluq sazişinin ləğvini tələb edirlər. Aksiyaların bir neçə şəhərdə keçirilməsi planlaşdırılır.