#təxribat xarakterli kampaniya

Yaponiyada müsəlman icmasına qarşı aparılan təxribat xarakterli kampaniya yeni mərhələyə keçib. Bir neçə ay əvvəl Kanaqava prefekturasının Fucisava şəhərində məscid tikintisi layihəsinə qarşı keçirilən etiraz aksiyalarından sonra səngimiş kimi görünən müzakirələr yenidən gündəmə gəlib. Bu dəfə kampaniya daha geniş miqyas alaraq sosial şəbəkələrdə yayılan saxta görüntülər, kontekstdən çıxarılmış videolar və təsdiqlənməmiş iddialar üzərində qurulub.