#Hərbi Lisey

Heydər Əliyev adına Hərbi Liseydə 26-cı buraxılış mərasimi keçirilib. Tədbir döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib. Məzunlar təbrik edilərək onlara uğurlar arzulanıb. Liseyin məzunlarının ölkənin müdafiəsində mühüm rol oynadığı vurğulanıb. Onlara döş nişanları təqdim edilib. Mərasim təntənəli marşla başa çatıb.