ABŞ-nin 250 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək xüsusi UFC turnirinin tam döyüş proqramı açıqlanıb. “Azadlıq 250” adlanan tədbir Ağ Evin Cənub Çəmənliyində təşkil olunacaq və iki çempionluq qarşılaşması ilə yadda qalacaq. UFC-nin baş direktoru Dana Uayt Vaşinqtonda yerləşən Linkoln Memorialında keçirilən mətbuat konfransında çıxışı zamanı turnirin yekun döyüş kartını təqdim edib. Onun sözlərinə görə, yarış çərçivəsində ümumilikdə 12 qarşılaşma baş tutacaq.