#Suriya kiberhücum

Suriya Xarici İşlər Nazirliyi nazirliyin məlumat sistemlərinə qarşı həyata keçirilən kiberhücum nəticəsində həssas məlumatların internetdə yayılması ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, hadisənin mənbəyini, həyata keçirilmə üsulunu və sızmanın miqyasını müəyyən etmək məqsədilə geniş araşdırma aparılır. Qurum qeyd edib ki, araşdırmanın nəticələrinə uyğun olaraq hadisənin nəticələrinin aradan qaldırılması və məsul şəxslərin müəyyən edilərək qanuni tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq.