Avropa İttifaqı (Aİ), Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketi çərçivəsində Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli yenidən hədəfə alıb. Brüsselin Moskvaya qarşı təqdim etdiyi 21-ci sanksiya paketinin qaralama variantında məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulan çoxsaylı şəxslər arasında Patrik Kirillin də adı yer alır.