#Vətəndaş Müqaviləsi Partiyası

Ermənistanın Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini hesablayıb. Nəticələrə əsasən, baş-nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz (727 160) səs toplayıb. Bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkilərində səslərin 56,7 faizini toplayır. Bu barədə Ermənistanın hakim partiyasının şifarişi ilə keçirilən "exit-poll" məlumatlarında bildirilib. Həmçinin bildirilib ki, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan tərəfindən qurulan "Güclü Ermənistan" partiyası seçicilərin 17,5 faizinin dəstəyini qazanıb. Digər siyasi qüvvələrin nəticələri barədə məlumat verilməyib.