#Yuxu pozğunluğunun səbəbləri

Dopamin beyində istehsal olunan bir nevrotransmitterdir (əsəb siqnallarını ötürən maddə). Zövq aldığımız və ya özümüzü mükafatlandırmaq üçün bir şey etdiyimiz zaman beynimizdə dopamin istehsal olunur. Dopamin alış-veriş edərkən yaxud sevimli desertinizi yeyərkən istehsal olunur və özünüzü daha xoşbəxt hiss etməyinizə səbəb olur. Dofaminin qeyri-kafi ifraz olunması yuxu pozğunluğu, yorğunluq və narahatlıq kimi bir çox mənfi hallara gətirib çıxarır.