Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib. Layihə çərçivəsində elmi konfrans, milli geyim sərgisi və Qərbi Azərbaycan mətbəxindən furşet təqdim olunub. Tədbir zamanı azərbaycanlıların tarixən yaşadıqları torpaqlardan deportasiyalara məruz qalması, maddi və qeyri-maddi mədəni irsin qorunması məsələləri müzakirə olunub. Məqsəd Qərbi Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə çatdırmaq, qorumaq və ümumtürk mədəni irsi ilə bağlı məlumatları yaymaqdır.