#turizm bazarı

Qlobal müharibələr və inflyasiyanın təsiri altında səfər planlaşdırmaq əvvəlkindən daha mürəkkəb olub. Bu yay aviabiletlərin, otel və sığorta xərclərinin artması, uçuş marşrutlarının dəyişməsi və qeyri-sabit valyuta məzənnələri səyahətçilərin büdcəsinə birbaşa təsir göstərir. Mütəxəssislər səyahətçilərə büdcəni ağıllı idarə etməyi, ləğv və dəyişiklik şərtlərini yoxlamağı və ehtiyat büdcə saxlamanı tövsiyə edirlər. Artıq insanlar yalnız sərfəli qiymət axtarmır, həm də riskləri minimuma endirəcək çevik səfər seçimlərinə üstünlük verirlər.