M/V INCE ISTANBUL adlı Türk yük gəmisi Aralıq dənizində batan qayıqlarda ölüm təhlükəsi ilə üzləşən 142 miqrantı xilas edib. Məlumata görə, İnce Dənizçilik şirkətinə məxsus və kapitan Yakup Aslanın idarə etdiyi gəmi Şərqi Aralıq dənizində üzərkən dənizdə nəzarətsiz şəkildə üzən miqrant qayıqlarını aşkar edib.