2026-ci ilin yanvar-aprel ayında Türkiyədə İraq kapitalı ilə 51 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 101 milyon 450 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 42 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.