İsrail Baş naziri Benyamin Netanyahu İran rəhbərliyinə xəbərdarlıq edib. O bildirib ki, İran İsrailə hücum edərsə, ölkəsi güclü cavab verəcək. Netanyahu əvvəlki kimi hücumlara səssiz qalmayacaqlarını deyib. İsrail Baş nazirinin açıqlaması regionda artan gərginlik fonunda səslənib. Tərəflər arasında son dövrlərdə qarşılıqlı hərbi təhdidlər davam edir. İran və İsrail arasında mümkün yeni eskalasiya beynəlxalq diqqət mərkəzindədir.
#regional böhran
Hizbullahın silahlı pilotsuz uçuş aparatları İsrail ordusu üçün ciddi təhlükəyə çevrilib. Son dron hücumunda daha bir İsrail hərbçisinin öldüyü bildirilir. Ekspertlər hesab edirlər ki, İsrailin genişmiqyaslı hava zərbələri Hizbullahın dron imkanlarını tam şəkildə zərərsizləşdirməkdə çətinlik çəkir. Bölgədə qarşılıqlı hücumların intensivləşməsi isə Livan–İsrail qarşıdurmasını daha təhlükəli mərhələyə keçirir.
İsrail ordusu Livanın cənubunda yerləşən 11 yaşayış məntəqəsinin sakinlərinə təxliyə əmri verib. Əhaliyə evlərini dərhal tərk edərək ən azı 1000 metr uzaqlıqda yerləşən açıq ərazilərə çəkilmələri barədə göstəriş verilib. Bu addım bölgədə gərginliyin daha da artması ilə bağlı narahatlıqları gücləndirib.