Səudiyyə Ərəbistanının milli neft-qaz şirkəti Saudi Aramco və Fransanın kvant hesablama şirkəti Pasqal ölkədə ilk kvant kompüterinin işə salındığını açıqlayıb. Tədbirdə həmçinin Q.C.aaS adlı, Orta Şərqdə ilk kommersiya kvant hesablama platforması təqdim edilib. Bu platforma müəssisələr və tədqiqat institutları üçün təhlükəsiz bulud interfeysi vasitəsilə resurslara çıxışı təmin edir və enerji, materialşünaslıq və sənaye sektorlarında kvant tətbiqlərinin inkişafını sürətləndirməyə imkan verir.
#kvant kompüteri
"Majorana 1" - "Microsoft" şirkəti tərəfindən hazırlanmış kvant hesablama prosessorudur. Cihaz ənənəvi kvant hesablama aparatları ilə müqayisədə xətalara qarşı daha yüksək dözümlülük nümayiş etdirmək məqsədilə topoloji kvant hesablamalarını aktivləşdirmək üçün topoloji ifratkeçiricilərdən (topological superconductors) istifadə edir. Bu, Microsoftun kvant hesablamalarında istifadə üçün istehsal etdiyi ilk cihazdır. Sözügedən aparat aşağı temperaturlarda ifratkeçiriciliyi qəbul edən indium-arsenid-alüminium (InAs-Al) hibrid cihazıdır. "Microsoft" cihazın sərhəd (bənd) Mayoran sıfır modlarının (Majorana zero modes) mövcudluğuna dair bəzi siqnallar göstərdiyini iddia edir. Aparat özündə səkkiz kubit yerləşdirə bilir. Əgər Mayoran sıfır modlarının varlığı təsdiqlənərsə, bu, topoloji kubitlərin və nəticədə irimiqyaslı topoloji kvant kompüterlərinin yaradılmasında potensial tətbiq sahəsi tapa bilər.