İraq hökuməti İrana yaxın silahlı qruplara silahlarını təhvil vermələri üçün sentyabrın 30-dək vaxt verib. Qərar hökumətin sözçüsü tərəfindən mətbuat konfransında açıqlanıb. Bu addım Baş nazir Əli əl-Zeydinin ABŞ-yə səfəri ərəfəsində atılıb. Vaşinqton Bağdaddan silahlı qrupların fəaliyyətinə nəzarətin gücləndirilməsini tələb edir. Sözügedən qrupların bir hissəsi Xalq Səfərbərlik Qüvvələrinin tərkibində fəaliyyət göstərir. Onlardan bəziləri ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günlərində İraqdakı ABŞ obyektlərinə hücumlar təşkil etmişdi. İraq hakimiyyəti silahsızlaşdırma prosesinin ölkədə sabitliyin qorunması üçün mühüm əhəmiyyət daşıdığını bildirir.
#Əli əl-Zeydi
İraqda hökumətin silahlı qrupların dövlət nəzarətinə alınması istiqamətində başladığı təşəbbüs ölkənin siyasi və təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib. Baş nazir Ali əl-Zeydi parlamentdə etdiyi ilk çıxışında silahların yalnız dövlətin nəzarətində olması və təhlükəsizlik qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində islahatlar aparacağını bəyan edib.
İraqın yeni Baş naziri Əli əl-Zeydi vəzifəsinin icrasına rəsmi olaraq başladıqdan sonra ölkənin iqtisadi, təhlükəsizlik və dövlət idarəçiliyi sahələrində genişmiqyaslı islahatlar həyata keçirəcəyini açıqlayıb.