#Avropa Şurasının miqrasiya qərarı nədir

Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında üzv dövlətlər insan hüquqları ilə bağlı bəzi müddəaların yeni şərhini dəstəkləyiblər. Qərar əsasən qeyri-qanuni miqrasiyanın idarə olunması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və üçüncü ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.