Tripoli şəhərində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası ölkədə miqrantların daimi yerləşdirilməsinə dair yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.
#Humanitar təşkilatlar
Birləşmiş Millətlər Təşkilatının sözçüsünün müavini Farhan Haq bildirib ki, Qəzzada sığınacaqlarda yaşayan ailələr siçovul və həşəratların çadırlara daxil olması, həmçinin qida ehtiyatlarını çirkləndirməsi nəticəsində dəri infeksiyaları və digər xəstəliklərlə üzləşirlər.
“Save the Children” təşkilatı bildirib ki, İsrail və “Hizbullah” arasında elan olunan atəşkəsə baxmayaraq, Livanda hər gün orta hesabla dörd uşaq öldürülür və ya yaralanır. Təşkilat mülki əhaliyə qarşı hücumların davam etdiyini vurğulayaraq daimi və pozulmaz atəşkəsə çağırıb.