BAKI, VOA Efiopiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye, enerji və kənd təsərrüfatı sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub. VOA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
#ELnur Əliyev
Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-yə səfər çərçivəsində Vaşinqtonda ABŞ-Azərbaycan ticarət və biznes konfransında iştirak edib. ABŞ dövlət qurumlarının və şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın biznes və investisiya potensial haqqında məlumat verilib, İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.
Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Qurumlararası inteqrasiyanın yaxşılaşdırılması üçün təkliflər verilib.
Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin təqribən 11 minə yaxın şirkəti fəaliyyət göstərir. Bu sözləri Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. “Azərbaycan ilə İƏT ölkələri arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil etmişdir” - deyə Elnur Əliyev bildirib. O, bildirib ki, bu rəqəm qarşılıqlı əlaqələri nümayiş etdirməklə yanaşı, Azərbaycanın təşkilatın üçün mühüm təşəbbüskar və tərəftar olma rolunu bir daha təsdiqləyir.
Qarabağ və Şərqi Zəngəzurda iqtisadi infrastrukturun inkişafı 2025-ci və sonrakı illərdə əsas prioritetlərdən biri olacaq.