#Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və beynəlxalq dəniz hüququ.

ABŞ tərəfindən Oman körfəzində ələ keçirilən İrana məxsus "Touska" yük gəmisinin 22 heyət üzvü Pakistana təxliyə edilib. Məlumata görə, aprelin 19-da Hörmüz boğazından keçərkən Vaşinqtonun xəbərdarlıqlarına tabe olmadığı iddiası ilə ABŞ hərbçiləri tərəfindən saxlanılan gəmi hazırda dəniz blokadası şəraitində saxlanılır. T.Əndrabi bildirib ki, heyət üzvləri ötən gecə hava yolu ilə Pakistana gətirilib. Eyni zamanda, "Touska" gəmisinin də zəruri təmir işlərindən sonra Pakistana məxsus ərazi sularına gətirilərək İrana qaytarılması planlaşdırılır.