Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfindən Yunanıstan sahilləri yaxınlığında saxlanılan Beynəlxalq Azadlıq donanmasına qatılan 59 nəfərin, o cümlədən 20 Türkiyə vətəndaşının yaxın saatlarda İstanbula gətiriləcəyini açıqlayıb.
#Qəzza blokadası xəbərləri
Qəzzaya humanitar yardım aparan “Azadlıq” donanmasının iştirakçıları İsrailin müdaxiləsindən sonra Yunanıstana məxsus Girit adasına çıxarılıb. İsrail hərbi qüvvələri beynəlxalq sularda humanitar missiya ilə hərəkət edən Beynəlxalq Azadlıq donanmasının gəmilərinə müdaxilə edərək aktivistləri nəzarətə götürüb.