#MMA

Son illərdə qarışıq döyüş sənətləri (MMA) dünyasında bir bölgənin adı digərlərindən daha çox hallanır – Dağıstan. Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən bu respublikası əhalisinin sayına görə böyük olmasa da, yetişdirdiyi döyüşçülərin sayı və qazandığı uğurlar baxımından dünya idman tarixində xüsusi yer tutmağa başlayıb. Bu gün UFC, Bellator, PFL və digər nüfuzlu təşkilatlarda çıxış edən onlarla dağıstanlı idmançı MMA-nın ən güclü nümayəndələri hesab olunur.

UFC-nin (Ultimate Fighting Championship) himayəsi altında çıxış etmiş, yüngül çəkidə keçmiş mütləq dünya çempionu Həbib Nurməhəmmədov 20 sentyabr 1988-ci ildə Dağıstanda doğulub. Milliyətcə avardır. Sherdog reytinqi onu həm öz çəki dərəcəsində, həm də çəkisindən asılı olmayaraq (P4P) dünyanın ən yaxşı döyüşçüsü kimi birinci yerə layiq görüb.

Qazaxıstanlı məşhur MMA döyüşçüsü Şavkat Rahmonov Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək. Qeyd olunub ki, UFC Fight Night 280 turniri iyunun 27-də Baku Crystal Hallda keçiriləcək. Turnirdə Rahmonovun komanda yoldaşı Asu Almabayev amerikalı Çarlz Conson ilə qarşılaşacaq.