Məlumata görə, hüquq-mühafizə orqanları Beylikdüzü rayonunda narkotik maddələrin istehsalı və satışı ilə bağlı məlumat əsasında texniki və fiziki müşahidə aparıb. Əldə olunan məlumatlar əsasında müəyyən edilən ünvana əməliyyat təşkil edilib. Əməliyyat zamanı 1 şübhəli şəxs saxlanılıb. Axtarışlar nəticəsində 67 kiloqram 160 qram narkotik vasitə, 73 kiloqram 800 qram narkotik istehsalında istifadə olunan kimyəvi maddə, həssas tərəzi, həmçinin 1790 lirə və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkarlanaraq götürülüb.