#Sabah

Misli Premyer Liqasında XV tura bu gün start veriləcək. İlk oyun günündə iki matç keçiriləcək. Belə ki, "Şamaxı" doğma meydanda "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 17 xalla 7-ci, qonaqlar 27 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və "SABAH" qruplarının birgə təşkilatçılığı ilə keçiriləcək sayca ikinci “SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb. Hakatonda "SABAH" qruplarının bakalavr və magistr tələbələri komanda şəklində (hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla) iştirak edə bilər. Həmçinin, bakalavr və magistr qrupları bir komanda daxilində iştirak edə bilərlər. Yalnız SABAH qruplarında oxuyan tələbələr və SABAH qruplarının mövcud olduğu universitetlərin qeyri-SABAH tələbələri Hakatonda iştirak edə bilər. Qeyd edək ki, qeydiyyat yalnız komanda şəklində mümkündür və bir nəfər ancaq bir komandanın üzvü ola bilər.