#Alfama

İrlandiyanın səyahət sığortası şirkəti JustCover tərəfindən aparılan araşdırmaya əsasən, Lissabon dünyanın ən rəngli şəhəri seçilib. Siyahıda Porto isə üçüncü pillədə qərarlaşıb. Araşdırma çərçivəsində 78 müxtəlif turizm istiqamətindən əldə olunan görüntülər analiz edilib və Lissabona aid fotolarda 2,6 milyondan çox fərqli rəng müəyyən olunub.