Avropa İttifaqı Macarıstanın vetonu geri götürməsindən sonra Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketini yekdilliklə təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı “doğru siqnal” kimi qiymətləndirərək bildirib ki, Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi münaqişənin həlli üçün vacibdir. Maliyyə paketinə əsasən, 2026-cı ildə 45 milyard avronun mərhələli şəkildə ayrılması nəzərdə tutulur. Bu məbləğin 16,7 milyard avrosu maliyyə, 28,3 milyard avrosu isə hərbi dəstək üçün istifadə olunacaq. Qalan hissənin isə 2027-ci ildə verilməsi planlaşdırılır.