Ədirnənin fəthindən sonra ilk dövrlərdə Osmanlı Bəyliyinin hərbi qüvvələri dövlətin artan hərbi ehtiyaclarını qarşılamaqda çətinlik çəkməyə başladı. Bundan əlavə, Osmanlı dövlətində yavaş-yavaş mərkəzi hakimiyyət qurulmağa başlayırdı. Bütün bu ehtiyacları mərkəzdəki daimi ordu təmin edə bilərdi.
#Sultan I Murad
Bu vaxt müharibədə yaralanan serb despotu Miloş Obiliçin (Kobilic) kürəkəni hökmdarın yanına gələrək, müsəlman olacağını və mühüm məlumatlar verəcəyini söyləyir. Sultan onu qəbul edir. Anidən I Murad Xudavəndigarın üzərinə xəncərlə hücum edən Miloş Obiliç sultanı ürəyindən yaralayır və onu atdan aşağı salır. Obiliç hökmdarın ətrafındakı adamlar tərəfindən dərhal öldürülür.
Gənc yaşlarında qazandığı güc tezliklə gözünü qaraltdı və 1385-ci ildə Bizans imperatoru V İoannesin oğlu Andronikosla birlikdə atalarının Anadoluya getdiyi səfərdən istifadə edərək üsyan qaldırdılar. Lakin onların üsyanı qısa müddətdə yatırıldı və I Murad əvvəlcə Savcı bəyin gözünü çıxartdırdı, sonra isə boğdurdu.
Çirmən zəfərindən sonra Osmanlı qoşunları Qara Timurtaş Paşanın rəhbərliyi ilə Balkanların şimal və qərbinə doğru sürətlə irəliləməyə başladı. Monastır, Prilep və Niş kimi mühüm strateji məntəqələr ələ keçirildi. Lakin bu irəliləyiş xristian dünyasında böyük bir narahatlıq və müqavimət hərəkatının yaranmasına səbəb oldu.
Sultan I Muradın hakimiyyəti dövründə xanədan daxilində görünməmiş bir hadisə baş verdi. Sultanın üç oğlu var idi və onların hər biri strateji sancaqları idarə edirdi: Şahzadə Bəyazid Kütahyada, Yaqub Çələbi Karesidə (Balıkəsir), kiçik oğlu Savcı bəy isə Bursa sancağında hökmdarlıq edirdi. Savcı bəyin ətrafında çox sayda tərəfdarın toplanması Sultan Muradın diqqətindən qaçmır. O, böyük oğlu Bəyazidə məktub yazaraq qardaşları barədə məlumat istəyir. Bəyazid cavabında Yaqubun sakit təbiətli olduğunu, lakin Savcının ətrafdakıların təsiri ilə yanlış addımlar ata biləcəyini vurğulayır.