Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM məmnuniyyətlə bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.