#Yaxın Şərqdə yeni müharibə riski və Pakistanın gərginliyi azaltma cəhdləri

ABŞ-ın nüfuzlu "Washington Post" qəzeti Pakistanın yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, rəsmi İslamabad ABŞ Prezidenti Donald Trampa xüsusi mesajlar ünvanlayıb. Mesajlarda prezidentin İranla bağlı çıxışlarında istifadə etdiyi kəskin ritorika barədə xəbərdarlıq edilib.