Bəzən gündəlik istifadə etdiyimiz əşyaları daha cəlbedici və diqqətçəkən olanları ilə əvəz etmək istəyirik. Elə Mugen şirkəti də eyni fəlsəfə ilə hərəkət edərək, Hondanın yığcam Super-ONE elektrikli modelini elə bir aqressiv görkəmə salıb ki, bu kiçik avtomobil sanki yollarda nəhənglərlə döyüşə hazırlaşır.