#İranın Hörmüz boğazında rüsum şantajına Vaşinqtonun cavabı: ABŞ Hərbi Dəniz Qüvvələri blokadaya başlayır

"Axios" xəbər saytının ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Hörmüz boğazı və onun ətrafındakı strateji sularda mövqelərini gücləndirir. Bu addım, İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) boğazdan keçən kommersiya gəmilərinə və neft tankerlərinə qarşı mümkün hücum cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp İslamabadda keçirilən yüksək səviyyəli görüşlərdən sonra İranın nüvə proqramı və Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı şok bəyanatlar verib. Prezident İranın dünyanı şantaj etdiyini bildirərək, ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazın tam blokadaya alınması və minaların təmizlənməsi barədə göstəriş verib.