Həzrəti Ömər Fil hadisəsindən təxminən on üç il sonra, digər bir rəvayətə görə isə Böyük (Dördüncü) Ficar müharibəsindən dörd il əvvəl Məkkədə anadan olmuşdur (Xəlifə ibn Xəyyat, I, 151). Ata tərəfindən soyu cahiliyyə dövründə Qureyş qəbiləsinə məxsus səfərat (elçilik) işlərinə baxan Adi ibn Kəb qəbiləsinə çatır və Kəb ibn Lüeydə Peyğəmbərin nəsəbi ilə birləşir. Anası Məhzum qəbiləsindən Hantəmə bint Haşimdir. Müsəlman olmazdan əvvəlki həyatı haqqında kifayət qədər məlumat yoxdur. Atasının dəvələrini otdardığı, spirtli içkilərə və qadınlara çox meylli olduğu, yaxşı ata mindiyi, silahdan mükəmməl istifadə etdiyi və pəhlivan bədən quruluşuna sahib olduğu qeyd edilir. Eyni zamanda şeirə maraq göstərdiyi, gözəl danışdığı, oxuyub-yazma bildiyi, nəsəb (şəcərə) elmini öyrəndiyi, ticarətlə məşğul olduğu, bu məqsədlə Suriya, İraq və Misirə getdiyi, Qureyş qəbiləsi adından elçilik vəzifəsini yerinə yetirdiyi rəvayət olunur.
#Allah Rəsulu
"Səhabə" termini "səhabi" kəlməsinin cəm formasıdır. Ərəb mənşəli olan bu söz lüğəvi baxımdan "söhbət etmək", "yoldaşlıq etmək" və ya "dostluq qurmaq" mənalarını verən [s-h-b] feil kökündən törəmişdir. İstər qısa, istərsə də uzun müddət bir məclisdə və ya söhbətdə iştirak edən şəxsə səhabi deyilir. Dilimizdə geniş istifadə olunan "əshab" kəlməsi də eyni mənanı ifadə edən digər cəm formasıdır.
Sədəqə Allah yolunda xərcləmə, Allah ın razı olması üçün təmənnasız edilən yardım və hər cür xeyir işdir. Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır). ( Bəqərə surəsi 263-cü ayət)