ABŞ Prezidenti Donald Tramp şənbə günü axşam Ağ Ev müxbirlərinin şam yeməyi zamanı, özünün də əsas kürsüdə olduğu vaxt baş verən atışma hadisəsini pisləyib. Lakin o, sadəcə pisləməklə kifayətlənməyib, bu hadisəni Ağ Ev daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, o cümlədən altında möhkəmləndirilmiş sığınacaq olan yeni mərasim zalı layihəsinə bəraət qazandırmaq üçün siyasi və təhlükəsizlik arqumentinə çevirib. Qeyd edək ki, ABŞ prezident iqamətgahının identikliyinə təsir edən bu layihə son aylarda kəskin tənqid olunur.
#Melaniya Tramp bəyanatı
Ağ Ev müxbirlərinin şam yeməyi mərasimində atəş səslərinin eşidilməsindən sonra gərgin anlar yaşanıb; hadisə nəticəsində Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Cey Di Vens və bir sıra rəsmi şəxslər təxliyə edilib. Tramp sonradan hər kəsin yaxşı olduğunu təsdiqləyib və mərasimin daha sonrakı vaxta təxirə salındığı elan edilib.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə gözlənilməz bir bəyanatla çıxış edərək, adının keçmiş iş adamı Ceffri Epşteynlə bağlı qalmaqallarda hallanmasına etiraz edib. O, bu iddiaları "şər-böhtan kampaniyası" adlandırıb və Epşteynin cinayətlərindən heç vaxt xəbərdar olmadığını vurğulayıb.