#Jandarmadan nəfəs kəsən zərbə: 404 şübhəli və yüzlərlə odlu silah ələ keçdi

Türkiyə Jandarma Baş Komandanlığının koordinasiyası ilə 25 vilayətdə qanunsuz silah alverçilərinə və odlu silahı sənədsiz saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlarda 404 şübhəli şəxs ələ keçirilib. Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və İctimai Təhlükəsizlik idarələri, habelə Respublika Baş Prokurorluqlarının rəhbərliyi altında həyata keçirilən tədbirlər Türkiyənin bir çox strateji nöqtələrini əhatə edib. Əməliyyatlar İstanbul, Ankara, Adana, Antalya, Diyarbəkir, Şanlıurfa və digər mühüm mərkəzlər daxil olmaqla ümumilikdə 25 əyalətdə eyni vaxtda reallaşdırılıb.