28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.